QUDUZLUQ HƏYƏCANI: Tapdıqları safsarı evə gətirən qadınlar şəhəri KARANTİNƏ SALDIbackend

QUDUZLUQ HƏYƏCANI: Tapdıqları safsarı evə gətirən qadınlar şəhəri KARANTİNƏ SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meşədən evə gətirilən safsar Rusiyanın Reutov şəhərini karantinə bağladıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Rusiyanın Reutov şəhərində iki qadın meşədə tapdıqları safsarı (ferret) evlərinə gətiriblər. Lakin bu addım bütün şəhər üçün ciddi fəsadlara yol açıb.

Məlum olub ki, evə gətirilən heyvan quduzluq virusunun daşıyıcısıdır.

Hadisə ilə əlaqədar Reutov şəhəri rəsmən quduzluq xəstəliyi üzrə “əlverişsiz məntəqə” statusu alıb və ərazidə sərt karantin rejimi tətbiq edilib.

Qaydalara əsasən, növbəti 179 gün ərzində şəhərdə heyvan sərgilərinin, yarmarkaların keçirilməsi və aktual peyvəndi olmayan heyvanların şəhər daxilində və kənara hərəkəti qəti şəkildə qadağan edilib.

Aidiyyəti qurumlar əhalini ehtiyatlı olmağa və vəhşi heyvanlarla təmasdan qaçmağa çağırıb.

Xuraman Etibarlı

İnterpress.az