Rusiyada kişi “Süngər Bob”un fotosuna görə şok cərimə olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiyanın Kemerovo şəhərində yerli sakin məşhur “Süngər Bob” (SpongeBob) cizgi film qəhrəmanının fotosunu paylaşdığı üçün 100 000 rubl (təxminən 2 200 manat) məbləğində cərimə olunub.
Kemerovo məhkəməsi sözügedən paylaşımı LGBT təbliğatı kimi qiymətləndirib.
Buna səbəb fotoda Süngər Bobun qadın paltarında təsvir olunmasıdır. Məhkəmə hesab edib ki, bu cür təsvirlər qeyri-ənənəvi seksual münasibətlərin təbliğinə xidmət edir.
Qeyd edək ki, hazırda Rusiya Federasiyasında LGBT hərəkatı ekstremist təşkilat kimi tanınıb və onun fəaliyyəti rəsmən qadağan edilib.
Xuraman Etibarlı
İnterpress.az






