Kanadada məktəbdə transgender qətliamının təfərrüatları bəlli olub.
İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı və yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Kanadanın Tambler-Ric şəhərindəki məktəbdə ölkə tarixinin ən qanlı hadisələrindən biri baş verib. 18 yaşlı Cessi Van Rotselaar adlı şəxs təhsil müəssisəsinə silahlı hücum edərək 9 nəfəri qətlə yetirib, 27 nəfəri isə yaralayıb.
Hücumdan sonra cinayətkar intihar edib. CBC telekanalı bu hadisəni Kanada tarixində nadir rast gəlinən ən amansız məktəb atışmalarından biri kimi qiymətləndirib.
Məlumata görə, hücumçu altı il əvvəl özünü qadın hesab etməyə başlayıb və transgender keçidinə start verib.
Cessinin psixi sağlamlığı ilə bağlı yaranan problemlərə görə əvvəllər onun evinə dəfələrlə polis çağırılıb.
Hətta bir müddət ondan odlu silahlar müsadirə olunsa da, sonradan sahibinin vəsatəti ilə silahlar ona geri qaytarılıb.
İstintaq zamanı üzə çıxıb ki, Cessi məktəbə hücum etməzdən əvvəl evdə öz anasını və qardaşını da öldürüb.
Hadisənin ən çox müzakirə edilən tərəfi isə polisin rəsmi bəyanatları olub.
Belə ki, hüquq-mühafizə orqanları “siyasi qeyri-korrektlikdə” ittiham olunmamaq üçün cinayətkarın transgender kimliyinə toxunmaqdan çəkinir və onu sadəcə “silahlı şəxs” (armed person) adlandırırlar.
Hakimiyyət orqanları hadisə ilə bağlı digər detalları açıqlamaqdan imtina edib.

Xuraman Etibarlı
İnterpress.az






