Yeniyetmələrə TikTok “TƏLƏSİ: Qeydiyyatdan 8 dəqiqə sonra zərərli videolar PEYDA OLURbackend

Yeniyetmələrə TikTok “TƏLƏSİ: Qeydiyyatdan 8 dəqiqə sonra zərərli videolar PEYDA OLUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeniyetmələr sosial şəbəkələrdə qeydiyyatdan bir neçə dəqiqə sonra zorakılıq videoları ilə qarşılaşırlar.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV tədqiqatçıların apardığı araşdırmalara istinadən məlumat yayıb.

Tədqiqatçılar müəyyən ediblər ki, “Instagram” və “TikTok” kimi platformalarda yeni qeydiyyatdan keçən 15 yaşlı istifadəçilər heç bir sorğu göndərmədən və maraq göstərmədən irqçi, qadınlara qarşı nifrət dolu və ya zorakılıq ehtiva edən materiallarla qarşılaşırlar.

Məsələn, bir yeniyetməyə “TikTok”da qeydiyyatdan keçdikdən cəmi 8 dəqiqə sonra bir kişinin narkotik vasitələrin köməyi ilə qadını qaçırdığı video göstərilib.

Yaşlı istifadəçilər isə bənzər kontentlərlə daha sürətli — cəmi 16 saniyə sonra qarşılaşıblar.

Məlumata görə, istifadədən cəmi üç gün sonra platformalarda yaşlılara göstərilən paylaşımların üçdə biri, uşaqlara isə beşdə biri psixi və ya fiziki sağlamlığa ciddi zərər verə biləcək materiallardan ibarət olur.

Bura təhlükəli davranışlara sövq edən və aqressiyanı artıran videolar daxildir.

Ekspertlər sosial şəbəkə alqoritmlərinin bu cür işləmə mexanizminin gənc nəslin inkişafı üçün böyük təhdid yaratdığını vurğulayırlar.

Xuraman Etibarlı

İnterpress.az