Çeboksarıda qar təmizləyən traktor piyadanı ağır yaralayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çuvaşıstan Dövlət Yol Polisi məlumat yayıb.
Rusiyanın Çeboksarı şəhərində qar təmizləyən traktorun iştirakı ilə dəhşətli hadisə baş verib.
İlkin məlumatlara görə, sürücü idarəetməni itirib və ağır texnika qəfildən yana sürüşüb.
Bu zaman traktorun çalovu (kovşu) yoldan keçən qadının başına dəyərək ona ciddi xəsarət yetirib.
Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir.
Yol polisi hadisənin bütün təfərrüatlarını və sürücünün məsuliyyət dərəcəsini araşdırır.
Xuraman Etibarlı
İnterpress.az






