İranda uşaq dəcəlliyi faciə ilə nəticələnib.
İnterpress.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
İranda altı yaşlı uşağın dostları ilə gizlənqaç oynaması ölümlə başa çatıb. Azyaşlı gizlənmək üçün olduqca təhlükəli bir yer – park edilmiş avtomobilin alt hissəsini seçib.
Hadisədən bir neçə dəqiqə sonra avtomobilin sürücüsü nəqliyyat vasitəsinə əyləşərək onu işə salıb və hərəkətə başlayıb.
Maşının alt hissəsinin uşağa dəyməsi nəticəsində azyaşlı ağır bədən xəsarətləri alıb.
Yaralı uşaq dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






