Motosikletçi qadın əyləc əvəzinə qaza basaraq uçuruma DÜŞDÜ – VİDEObackend

Motosikletçi qadın əyləc əvəzinə qaza basaraq uçuruma DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində motosikletçi qadın əyləc əvəzinə qaza basaraq uçuruma uçub.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Çində motosiklet idarə edən qadın sükan arxasında etdiyi ciddi səhv ucbatından uçuruma yuvarlanıb. Hadisə ərazidəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, qadın qarşıdan gələn digər motosikletlə toqquşmaqdan yayınmağa çalışarkən qəfil panikaya düşüb.

O, həmin an tormoz əvəzinə səhvən qaz pedalını sonuna qədər basıb. Nəticədə motosiklet böyük sürətlə irəli atılaraq “GTA” oyunundakı kaskadyor hərəkətlərini xatırladan bir uçuşla dərəyə yuvarlanıb.

Hündürlüyün kifayət qədər çox olmasına baxmayaraq, qadın hadisədən möcüzə nəticəsində sağ çıxıb.

Bildirilir ki, o, heç bir ciddi xəsarət almayıb, sadəcə güclü qorxu və uğursuz manevrinə görə xəcalət hissi keçirib.

Hadisə yerinə gələn yaxınlıqdakı şəxslər qadının dərədən çıxmasına kömək ediblər.

Xuraman Etibarlı

İnterpress.az