“Shortparis” qrupunun solisti Nikolay Komyagin vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə jurnalist Kseniya Sobçak məlumat yayıb.
Məşhur rusiyalı musiqiçi, “Shortparis” qrupunun solisti Nikolay Komyagin 39 yaşında dünyasını dəyişib.
Məlumata görə, ifaçının boks məşqindən sonra qəfildən halı pisləşib. Musiqiçinin ürəyinin fəaliyyətinin dayandığı bildirilir.
Qeyd edək ki, ifaçı xüsusilə “Straşno” (Страшно) mahnısı ilə geniş populyarlıq qazanmışdı.
Xuraman Etibarlı
İnterpress.az






