Türkiyədə məscidə partlayıcı atan 15 yaşlı yeniyetmə SAXLANILDI – VİDEObackend

Türkiyədə məscidə partlayıcı atan 15 yaşlı yeniyetmə SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kayseridə məscidə partlayıcı atan 15 yaşlı yeniyetmə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Kayseri şəhərində ibadət vaxtı qorxulu anlar yaşanıb. Məlumata görə, 15 yaşlı yeniyetmə namaz qılındığı əsnada məscidə partlayıcı atıb.

Hadisəni törədən şəxs dərhal hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.

Hazırda yeniyetmənin bu cinayəti hansı məqsədlə törətdiyi və hadisənin təfərrüatları araşdırılır.

Məsciddə olan şəxslər arasında xəsarət alanlar barədə məlumatlar dəqiqləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az