“Opel” bir milyona yaxın avtomobilini geri çağırır.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Opel” şirkəti “Astra”, “Mokka”, “Zafira”, “Vectra”, “Cascada”, “Meriva” və “Signum” modelləri daxil olmaqla, ümumilikdə bir milyona yaxın avtomobili geri çağırır.
Buna səbəb “Takata” şirkətinin istehsalı olan təhlükəsizlik yastıqlarında aşkar edilən ciddi texniki qüsurdur.
Məlumata görə, bu yastıqların daxilində istifadə olunan ammonium nitrat maddəsi zaman keçdikcə sabitliyini itirir. Nəticədə qəza anında yastıq açılarkən güclü partlayış baş verə və metal qırıntıları salonun daxilinə sıçrayaraq sərnişinlər üçün ölümcül təhlükə yarada bilər.
Artıq bu cür “qatil yastıqlar”ın dünyada təxminən 40 nəfərin ölümünə səbəb olduğu bildirilir.
Geri çağırılan modellər və onların istehsal tarixləri aşağıdakılardır:
— “Opel Astra” (03.01.2005-11.06.2014);
— “Opel Astra 10” (24.02.2009-23.08.2018);
— “Opel Cascada” (08.05.2012-22.08.2018);
— “Opel Meriva” (05.02.2009-24.03.2017);
— “Opel Mokka” (15.12.2011-06.06.2018);
— “Opel Vectra” (04.07.2003-10.10.2008);
— “Opel Signum” (16.02.2005-19.06.2008);
— “Opel Zafira” (25.02.2011-26.07.2016).
Avtomobil sahiblərinə rəsmi servislərə müraciət etmələri tövsiyə olunur.
Xuraman Etibarlı
İnterpress.az






