Anna Akopyan Paşinyanla ayrılığının təfərrüatlarını AÇIQLADI: “Məni həbs edə bilərlər” – VİDEObackend

Anna Akopyan Paşinyanla ayrılığının təfərrüatlarını AÇIQLADI: “Məni həbs edə bilərlər” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anna Akopyan Paşinyanla ayrılığının təfərrüatlarını açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan birgə yaşayışlarına son qoyması barədə verdiyi bəyanata aydınlıq gətirib.

O bildirib ki, mülki nikahının başa çatması barədə qeydi məhz birgə həyatlarının sona çatması anlamını daşıyır, bu, Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı (VVAQ) şöbəsindəki rəsmi qeydiyyatla bağlı deyil.

Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq, çünki satın aldığı mülkdə tikinti işləri hələ davam edir.

Yaşayış xərcləri və maddi durumu barədə danışan Akopyan bank hesabında 5 milyon dram (təxminən 22 650 manat) vəsaitin qaldığını iddia edib.

O, həmçinin “Mənim addımım” fondundakı fəaliyyətini davam etdirmək istədiyini vurğulayıb.

Bununla belə, Anna Akopyan sözügedən fonddakı fəaliyyətinə görə gələcəkdə cinayət məsuliyyətinə cəlb olunma ehtimalının olduğunu da istisna etməyib.

Xuraman Etibarlı

İnterpress.az