Əfqanıstanlı intiharçı Pakistanla sərhəddəki nəzarət-buraxılış məntəqəsində özünü partladıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Əfqanıstan və Pakistan sərhədində yerləşən nəzarət-buraxılış məntəqəsində terror aktı törədilib.
Məlumata görə, əfqan terrorçu-kamikadze məntəqəyə yaxınlaşaraq üzərindəki partlayıcı qurğunu işə salıb.
Hadisə nəticəsində ərazidəki tikililərə ciddi ziyan dəydiyi, hər iki ölkənin sərhəd qüvvələri arasında yüksək hazırlıq vəziyyətinin elan edildiyi bildirilir.
Partlayışın törətdiyi tələfat və yaralıların dəqiq sayı barədə hələlik rəsmi məlumat verilməyib.
Qeyd edək ki, son vaxtlar Əfqanıstan və Pakistan arasında sərhəd gərginliyi artıb və bu cür insidentlər bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.
Hazırda faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






