Balidə DƏHŞƏTLİ CİNAYƏT: Ukraynalı iş adamının parçalanmış meyiti TAPILDI – FOTO/VİDEO(18+)backend

Balidə DƏHŞƏTLİ CİNAYƏT: Ukraynalı iş adamının parçalanmış meyiti TAPILDI – FOTO/VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bali adasında ukraynalı iş adamının parçalanmış meyiti tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə İndoneziyanın “Kumparan News” nəşri məlumat yayıb.

İndoneziyanın Bali adasında dəhşətli cinayətin üstü açılıb. Tapılan parçalanmış meyidin fevralın 15-də qaçırılan ukraynalı iş adamı, “koll-mərkəz”lər sahibi İqor Komarova məxsus olduğu ehtimal edilir.

Polisin verdiyi məlumata görə, cəsədin qolundakı Roma rəqəmləri ilə olan tatuaj onun Komarov olduğunu düşünməyə əsas verir. Hazırda şəxsiyyətin tam dəqiqləşdirilməsi üçün DNT analizi aparılır.

Məlumata görə, qanlı tapıntını idmanla məşğul olan yerli sakinlər aşkar ediblər. Ərazidən qurbanın başı, sağ ayağı, döş qəfəsinin yuxarı hissələri, bud nahiyəsi və bəzi daxili orqanları tapılıb.

Meyit hissələrinin artıq çürüməyə başladığı və şəxsin ən azı üç gün əvvəl öldürüldüyü bildirilir.

Faktla bağlı İndoneziya hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı istintaq başladılıb.

Xuraman Etibarlı

İnterpress.az