2026-cı ildə qlobal internet TƏHLÜKƏDƏ: Data mərkəzləri HƏDƏF ALINIR – FOTObackend

2026-cı ildə qlobal internet TƏHLÜKƏDƏ: Data mərkəzləri HƏDƏF ALINIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ildə internetin böyük hissəsi sıradan çıxa bilər.

İnterpress.az xəbər verir ki, bu barədə beynəlxalq texnoloji mənbələr məlumat yayıb.

2026-cı ildə qlobal internet şəbəkəsinin yarısının fəaliyyətinin dayanması təhlükəsi yaranıb.

Mütəxəssislər bildirir ki, buna səbəb təkcə süni intellekt xətaları deyil, həm də data mərkəzlərinə (məlumat mərkəzləri) endirilən birbaşa raket zərbələridir.

Real dağıntıların fəsadlarını aradan qaldırmaq rəqəmsal xətaları düzəltməkdən daha çətin hesab olunur.

Bunun ən bariz nümunəsi kimi, ötən gündən etibarən Dubayda yerləşən “Amazon” serverlərinin bir hissəsinin sıradan çıxması göstərilir. Məlumata görə, həmin mərkəzlərə İran raketləri düşüb.

Hadisənin ən diqqətçəkən tərəfi isə nəhəng şirkətin bu qəzanı öz müştərilərinə olduqca quru korporativ dillə izah etməsidir.

Şirkət rəsmi hesabatında bildirib ki, binaya “kənar cisimlərin düşməsi” nəticəsində infrastruktur zədələnib, qısaqapanma baş verib və yanğın başlayıb.

“Amazon” rəhbərliyi açıqlamasında “raket zərbəsi” ifadəsini işlətməkdən yayınıb.

Xuraman Etibarlı

İnterpress.az