Çexiya Yaxın Şərqdəki vətəndaşlarını təxliyə edir.
İnterpress.az xəbər verir ki, bu barədə Çexiya hökuməti məlumat yayıb.
Çexiya təhlükədə olan vətəndaşlarını təxliyə etmək üçün Yaxın Şərqə iki hərbi təyyarə göndərir. Bu barədə Çexiyanın Baş naziri Andrey Babiş Praqada keçirilən Milli Təhlükəsizlik Şurasının iclasından sonra bəyanat verib.
Məlumata görə, təyyarələrdən biri Misirin Şarm əl-Şeyx kurort şəhərinə, digəri isə İordaniyanın paytaxtı Əmmana yola düşəcək.
Bildirilir ki, sərnişinlərin bir hissəsi İsraili quru yolu ilə tərk etmiş Çexiya vətəndaşlarıdır.
Baş nazir həmçinin əlavə edib ki, “Smartwings” aviaşirkəti Omanda qalan bir neçə yüz turisti vətənə gətirəcək.
Çexiya Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, hazırda Yaxın Şərqdə olan təxminən 6500 Çexiya vətəndaşı böhran vəziyyətində təxliyə edilməli olan şəxslərin siyahısında qeydiyyata alınıb.
Xuraman Etibarlı
İnterpress.az






