15 yaşlı yeniyetmə yanacaqdoldurma məntəqəsini YANDIRDI – VİDEObackend

15 yaşlı yeniyetmə yanacaqdoldurma məntəqəsini YANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada 15 yaşlı yeniyetmə hədə-qorxu nəticəsində yanacaqdoldurma məntəqəsini yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Moskvada 15 yaşlı yeniyetmə Kosmonavt Volkov küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində (YDM) yanğın törədib.

Yeniyetmə yanacaq paylayıcı sütunu alışan maye ilə isladaraq ona od vurub. Alışma nəticəsində alov onun öz geyiminə də keçib, lakin buna baxmayaraq, o, hadisə yerindən qaçmağa müvəffəq olub.

Yanğın qısa müddətdə söndürülüb, kənar şəxslərdən xəsarət alan olmayıb. Bir neçə saat sonra yeniyetmə tapılaraq saxlanılıb.

Onun özündə isə yüngül yanıq xəsarətləri aşkar edilib.

İlkin məlumata görə, yeniyetmə bu addımı sosial şəbəkələrdə naməlum şəxslərin təzyiqi nəticəsində atıb. Ona ailəsini öldürməklə hədə-qorxu gəlinib.

Hazırda materiallar müstəntiqlərə təhvil verilib və cinayət işinin başlanılması məsələsi həll edilir.

Xuraman Etibarlı

İnterpress.az