Çində əməkhaqqından narazı olan qadın iş yerində 5 saat yataraq “etiraz aksiyası” keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat” məlumat yayıb.
Çinin mərkəzi hissəsində iş yerində 5 saat yatan bir qadının hekayəsi geniş müzakirələrə səbəb olub.
Əməkhaqqının aşağı olmasından və ona qarşı ədalətsiz münasibətdən narazı olan qadın, “əziyyətə görə əməkhaqqı” prinsipini işəgötürənə izah etmək üçün qeyri-adi bir yola əl atıb. O, işə gələrək masasının yanında uzanaraq 5 saat yatıb.
Münaqişə qadının yuxudan oyanıb rəisinin masasının üstündəki şokoladı götürüb yeməsi ilə daha da kəskinləşib.
Şəkərli diabetdən əziyyət çəkən rəis vaxtında qida qəbul edə bilmədiyi üçün az qala huşunu itirib.
Rəisinin ona töhmət verib işdən çıxarmaqla hədələməsinə baxmayaraq, qadın “Nə qədər ödəyirsinizsə, o qədər də xidmət alırsınız” cavabı ilə öz hərəkətinə haqq qazandırmağa çalışıb.
Xuraman Etibarlı
İnterpress.az






