“Bvlgari”, “Calvin Klein” və digər markalı ətirlərdə DNT-ni məhv edən maddələr tapılıb.
İnterpress.az xəbər verir ki, bu barədə tədqiqatçı alimlər məlumat yayıb.
Mütəxəssislər populyar “Bvlgari”, “Zielinski & Rozen”, “Calvin Klein” və bir sıra digər tanınmış brendlərin ətirlərində insanın genetik strukturuna zərər verə bilən ftalat maddələrinin olduğunu aşkar ediblər.
Tədqiqatlara görə, bu kimyəvi maddələr insan orqanizmi üçün ciddi təhlükə daşıyır: kişilərdə potensiyanı aşağı salır və spermanın keyfiyyətini pisləşdirir, qadınlarda isə ovulyasiyanı bloklayaraq sonsuzluq riskini artırır.
Ən aşağı göstərici “Calvin Klein” markasının ətirlərində qeydə alınıb — bir neçə ətir nümunəsində dietilftalatın konsentrasiyası ümumi şüşə çəkisinin 2,2%-ni təşkil edib.
“D&G” brendində isə qalxanabənzər vəzin hiperfunksiyasına və digər problemlərə yol açan “BHT” maddəsi aşkar olunub.
Ətirlərin müntəzəm istifadəsi nəticəsində orqanizmdə ftalatların toplanması baş verir ki, bu da bəzi hallarda xərçəng riskini yarada bilər.
Xuraman Etibarlı
İnterpress.az






