Pivə SPF krem kimi təsir edərək dərini yanmalardan qoruyur.
İnterpress.az xəbər verir ki, bu barədə “Tədqiqatçı alimlər” məlumat yayıb.
Pivə istehsalının yan məhsullarının günəşin UVB şüalarını (yanmaya səbəb olan şüalar) bloklamaq qabiliyyətinə malik olduğu məlum olub.
Alimlərin araşdırmasına görə, pivənin əsas tərkib hissəsi olan mayaotu (xmel) dərinin iltihabını azaldan və onun bərpasına kömək edən güclü antioksidantlarla zəngindir.
Testlər təsdiqləyib ki, bu maddələrin tətbiq edildiyi insanlar günəş şüalarını daha rahat tolere ediblər.
Hətta əsas SPF krem ilə birlikdə istifadə edildikdə, qoruma dərəcəsi 30 vahiddən 175 vahidə qədər yüksəlib.
Hazırda kimyaçılar mayaotu əsasında ucuz başa gələn günəşdən qoruyucu kremlər hazırlamağı planlaşdırırlar.
Xuraman Etibarlı
İnterpress.az






