Qazaxıstan tarixini gümüş sikkədə ƏBƏDİLƏŞDİRDİbackend

Qazaxıstan tarixini gümüş sikkədə ƏBƏDİLƏŞDİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan Milli Bankı Qızıl Ordaya həsr olunmuş gümüş sikkə buraxıb.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

Qazaxıstan Milli Bankı tarixi irsin təbliği məqsədilə yeni xatirə sikkəsini tədavülə buraxıb.

Yeni sikkə Qızıl Orda dövlətinin yaranmasının və tarixi əhəmiyyətinin şərəfinə hazırlanıb.

Bildirilir ki, kolleksiya sikkəsi 925 əyar gümüşdən hazırlanıb və üzəri qızıl suyuna çəkilməklə xüsusi dizayn edilib.

Sikkənin Qazaxıstanın mədəniyyət və tarixinin tanıdılmasında mühüm vasitə olacağı qeyd edilir.

Xuraman Etibarlı

İnterpress.az