Təhlükəli YOLLAR: Qadın kanalizasiya quyusuna DÜŞDÜ – VİDEObackend

Təhlükəli YOLLAR: Qadın kanalizasiya quyusuna DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rio-de-Janeyroda qadın kanalizasiya quyusuna düşüb, yaxınlıqda olan motosikletçi onu xilas edib.

İnterpress.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində baş verən hadisə təhlükəsizlik qaydalarına riayət etməyin nə qədər vacib olduğunu bir daha nümayiş etdirib.

Belə ki, piyada yolu ilə gedən qadın diqqətsizlik nəticəsində açıq qalan kanalizasiya quyusuna düşüb.

Xoşbəxtlikdən, həmin vaxt yaxınlıqdan keçən motosikletçi vəziyyəti dərhal görüb və qadını quyudan çıxara bilib.

Hadisə nəticəsində qadın üz və ətraf nahiyələrindən yüngül bədən xəsarətləri alıb.

Mütəxəssislər şəhər yerlərində hərəkət edərkən piyadalara ehtiyatlı olmağı və diqqəti yoldan yayındırmamağı tövsiyə edirlər.

 

Xuraman Etibarlı

İnterpress.az