Alimlər “yeni Yer” kəşf ediblər: “LHS 1140-b” planetində həyat üçün hər cür şərait var.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Astronomlar kosmosda “yeni Yer” hesab oluna biləcək unikal planet aşkarlayıblar. Tədqiqatlara görə, qayalıq relyefə malik “LHS 1140-b” planetində yer tipli həyatın yaranması və inkişafı üçün demək olar ki, bütün lazımi şərtlər mövcuddur. Elm tarixində ilk dəfədir ki, həyat üçün bu dərəcədə əlverişli göstəricilərə malik planet kəşf edilir.
Məlumata görə, həmin planetdə həyat üçün vacib olan bərk səth, maye su, mülayim temperatur və zərərli kosmik şüalanmadan qoruyan atmosfer qatı aşkarlanıb.
“LHS 1140-b” planeti Yerdən təxminən 48 işıq ili uzaqlığında yerləşir. Alimlər artıq həmin planetdə potensial həyatın və ya canlı orqanizmlərin mövcudluğuna dair izlərin tapılması istiqamətində araşdırmalara başlayıblar. Zarafatla qeyd olunur ki, yadplanetlilərin hücumundan bəhs edən elmi-fantastik filmlər də adətən məhz bu cür böyük kəşflərlə başlayır.
Xuraman Etibarlı
İnterpress.аz






