İntim videoları ilə şantaj olunan məşhur bloqer KARYERASINI BİTİRDİ – FOTObackend

İntim videoları ilə şantaj olunan məşhur bloqer KARYERASINI BİTİRDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus Halk” ləqəbli məşhur fitnes bloqeri Andrey Smayev karyerasını başa vurub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

“Rus Halk” ləqəbi ilə tanınan məşhur rusiyalı fitnes bloqeri Andrey Smayev öz peşəkar karyerasını rəsmi olaraq başa vurduğunu elan edib. Buna səbəb onun həyat yoldaşı ilə çəkilmiş intim videosunun fırıldaqçılar tərəfindən internetə sızdırılması olub.

Məlumata görə, hakerlər bloqerin şəxsi hesabını ələ keçirdikdən sonra uzun müddət ondan hədə-qorxu ilə pul tələb edərək şantaj ediblər. Pulun tükənməsindən sonra Smayev öz hesabını cinayətkarlara təhvil versə də, fırıldaqçılar görüntüləri yenə də şəbəkədə paylaşıblar.

Hadisədən sonra Smayev vida müraciəti yayaraq, indiyə qədər incitdiyi hər kəsdən üzr istəyib və karyerasını bitirdiyini açıqlayıb.

Hadisə Rusiya idman və fitnes ictimaiyyətində böyük rezonansa və geniş müzakirələrə səbəb olub.

Fitnes bloqerləri icması tərəfindən məsələ ətrafında fərqli fikirlər səsləndirilib və böyük qalmaqal yaranıb.

Xuraman Etibarlı

İnterpress.аz