Ussuriskdə DƏHŞƏT: Məşhur heyvan mühafizəçisinin qolunu ayı QOPARDIbackend

Ussuriskdə DƏHŞƏT: Məşhur heyvan mühafizəçisinin qolunu ayı QOPARDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məşhur heyvan hüquqları müdafiəçisinin qolunu ayı dişləyib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Ussurisk şəhərində tanınmış heyvan mühafizəçisi Vera Blişçin qolunu ayı qoparıb. 30 ildən artıqdır ki, ayılarla (həm qonur, həm də Himalay ayıları ilə) işləyən və əvvəllər heyvan təlimçisi olan qadın ağır xəsarətlərlə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hadisə “Dora” zoopark kompleksində baş verib. Himalay ayısı qəfildən qadının qolunu dişləyərək qoparıb.

Hazırda Blişç reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulmuş ağır vəziyyətdə həyat mübarizəsi aparır.

Qeyd edək ki, bu, fədakar qadının yırtıcılar tərəfindən ilk dəfə zədələnməsi deyil.

O, əvvəllər də yırtıcıların hücumu nəticəsində bir barmağını, 2019-cu ildə isə “Manyunya” adlı ayının qəfildən hücum etməsi ilə sağ ayağını dizindən aşağı itirmişdi.

Lakin o zaman heyvanı müdafiə edərək ehtiyatsızlıq etdiyini və günahın özündə olduğunu bildirmişdi.

Blişç həmçinin 2015-ci ildə Ussuriskdə baş verən güclü daşqın zamanı su altında qalan heyvanların xilas edilməsində mühüm rol oynamışdı.

Xuraman Etibarlı

İnterpress.аz