Belqradda rusiyalı qadını doğrayıb çamadana yığan Türkiyə vətəndaşı qaçarkən YAXALANDI – FOTObackend

Belqradda rusiyalı qadını doğrayıb çamadana yığan Türkiyə vətəndaşı qaçarkən YAXALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiyada rusiyalı turist qadın vəhşicəsinə qətlə yetirilərək cəsədi çamadana doldurulub

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Serbiyada Sankt-Peterburq sakini olan Lyudmila adlı rusiyalı qadın turist amansızlıqla qətlə yetirilib.

İyulun 23-də Serbiyaya gələn və cəmi iki gün sonra, iyulun 25-də müəmmalı şəkildə yoxa çıxan qadının hissələrə ayrılmış cəsədi paytaxt Belqrad ətrafındakı su kanalına atılmış çamadanın içində aşkarlanıb.

Məlumata görə, gənc qadın yoxa çıxmazdan bir qədər əvvəl Belqradın məşhur gecə klublarından birinə getməyə hazırlaşırmış.

İstintaqın ilkin rəyinə əsasən, bu ağır və vəhşi cinayətin törədilməsində bir Türkiyə vətəndaşı və daha bir neçə nəfər şübhəli bilinir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslər ölkəni tələsik tərk edib qaçmağa cəhd göstərərkən sərhəddə asayiş keşikçiləri tərəfindən saxlanılaraq həbs ediliblər.

Faktla bağlı rəsmi araşdırma aparılır.

 

Xuraman Etibarlı

İnterpress.аz