Latviya Belarusla dövlət sərhədini tamamilə bağlayıb.
İnterpress.аz xəbər verir ki, bu barədə rəsmi bəyanatı Latviyanın daxili işlər naziri Dombrava ictimaiyyətə açıqlayıb.
Latviya hökuməti Belarusla olan dövlət sərhədini tamamilə bağlamaq qərarına gəlib.
Nazir qeyd edib ki, bu kəskin qərar təhlükəsizlik tədbirlərinin maksimum gücləndirilməsi və regionda yaranmış mövcud geosiyasi vəziyyətlə əlaqədar qəbul edilib.
Sərhədin tamamilə bağlanması ilə iki ölkə arasında bütün növ gediş-gəliş və rəsmi keçidlər dayandırılıb.
Xuraman Etibarlı
İnterpress.аz






