İrəvanda inkasator avtomobilindən 34 torba pul OĞURLANDIbackend

İrəvanda inkasator avtomobilindən 34 torba pul OĞURLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda “İdram” markalı nağd pul daşıyan avtomobil qarət edilib.

İnterpress.аz xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Ermənistanın paytaxtı İrəvanda “Idram” maliyyə şirkətinə məxsus inkasator avtomobilinə qarşı səs-küylü qarət hadisəsi baş verib.

Hadisə iyulun 28-nə keçən gecə Malatiya-Sebastiya rayonunun Andranik küçəsində qeydə alınıb.

51 yaşlı inkasator sürücüsü Laert B.-nin verdiyi rəsmi ifadəyə görə, naməlum şəxs yaxınlaşaraq dayanan “Skoda” markalı inkasator avtomobilinin arxa qapısını qəfil açıb və oradan daxilində külli miqdarda vəsait olan 34 torba pulu oğurlayıb.

Soyğunçu dərhal hadisə yerindən qaçıb, təşvişə düşən inkasator əməkdaşı onu qovub yaxalamağa çalışsa da, buna nail ola bilməyib.

Faktla bağlı yerli polis tərəfindən ilkin materiallar toplanaraq rəsmi araşdırılma aparılması üçün istintaq şöbəsinə təhvil verilib.

Hazırda hadisəni törədən naməlum şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi və oğurlanan vəsaitin dəqiq həcminin dəqiqləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xuraman Etibarlı

İnterpress.аz