Azyaşlıya qarşı amansız ZORAKILIQ: Uşağı döyüb onurğasını və boynunu qıran cinayətkar TUTULDU – VİDEO(18+)backend

Azyaşlıya qarşı amansız ZORAKILIQ: Uşağı döyüb onurğasını və boynunu qıran cinayətkar TUTULDU – VİDEO(18+)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Mersin şəhərində mağazada uşağı amansızcasına döyərək kəllə sümüyünü sındıran şəxs saxlanılıb.

İnterpress.аz xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Türkiyənin Mersin şəhərində yerləşən ərzaq mağazalarının birində azyaşlı uşağa qarşı dəhşətli və amansız zorakılıq hadisəsi baş verib.

Yerli sakin mağazanın daxilində balaca uşağı vəhşicəsinə döyərək ona ağır xəsarətlər yetirib.

Zərbələrin kəskin təsirindən azyaşlının kəllə sümüyü, üzü, boynu və onurğa sütunu zədələnərək sınıb.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan uşaq dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisədən dərhal sonra qaçmağa çalışan şübhəli şəxs polis əməkdaşlarının keçirdiyi operativ əməliyyat nəticəsində saxlanılaraq nəzarətə götürülüb.

Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma və azyaşlıya qarşı işgəncə maddələri ilə rəsmi cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz