İşdən çıxan əməkdaş şirkət noutbukunu QAYTARMADI – Məhkəmə onu HAQLI SAYDIbackend

İşdən çıxan əməkdaş şirkət noutbukunu QAYTARMADI – Məhkəmə onu HAQLI SAYDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvalı İT mütəxəssisi işdən çıxarkən şirkət noutbukunu özündə saxlaya bilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Böyük İT şirkətinin keçmiş əməkdaşı işdən ayrıldıqdan sonra şirkətə məxsus MacBook Pro-nu qaytarmayıb.

İşəgötürən noutbukun dəyərini ondan tələb etsə də, məhkəmə iddianı təmin etməyib.

Məhkəmə şirkətin inventarizasiya aparmadığını, əməkdaşdan yazılı izahat tələb etmədiyini və noutbukun dəyərini təsdiqləyə bilmədiyini nəzərə alıb.

Qərara əsasən, MacBook-un keçmiş əməkdaşın yanında olması onun təqsirini və şirkətə vurduğu zərəri sübut etmir.

Xuraman Etibarlı

İnterpress.az