Girnə sahillərində gəmi qəzasından sonra bütün reyslərə QADAĞA QOYULDUbackend

Girnə sahillərində gəmi qəzasından sonra bütün reyslərə QADAĞA QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kiprdə Filo Denizcilik şirkətinin bütün dəniz reysləri dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Şimali Kipr hakimiyyəti məlumat yayıb.

Hakimiyyət Girnə sahillərində batan gəmi ilə bağlı insidentdən sonra Filo Denizcilik şirkətinin bütün dəniz reyslərini növbəti xəbərdarlığa qədər dayandırıb.

Hadisə zamanı gəmidə 267 nəfər olub, 241 nəfər xilas edilib, 8 nəfər həyatını itirib. İtkin düşənlərin axtarışları davam etdirilir.

Kapitan və ekipajın sözlərinə görə, güclü fırtına zamanı gəminin burun hissəsinin zədələnməsi onun batmasına səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az