Gürcüstan Alpinizm Federasiyasının prezidenti Şota Mirianaşvili vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Şota Mirianaşvili 1960-1970-ci illərdə Gürcüstanın alpinizm üzrə yığmasının kapitanı və məşqçisi olub.
O, Qafqaz, Pamir və Tyan-Şanda, o cümlədən ilk dəfə həyata keçirilən bir sıra zirvə yürüşlərində iştirak edib.
Mirianaşvili 100-dən çox kütləvi alpinizm yürüşünə rəhbərlik edib. O, beynəlxalq dərəcəli idman ustası və Gürcüstanın əməkdar məşqçisi fəxri adlarını daşıyıb.
Uzun illər Tbilisi Dövlət Universitetinin Georgi Nikoladze adına alpinizm klubuna rəhbərlik edib.
Xuraman Etibarlı
İnterpress.az






