Mıtişi stansiyasında insanların olduğu platform çöküb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə sərnişinlərin Moskvaya gedən elektrik qatarına minməsi zamanı baş verib.
Məlumata görə, platformanın konstruksiyası çox sayda insanın ağırlığına tab gətirməyərək çöküb.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






