Başqırdıstanda doqquzuncu sinif şagirdi dərs zamanı sinif yoldaşına bıçaqla xəsarət yetirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə Kuşnarenkovo gimnaziyasında baş verib. İlkin məlumata görə, yeniyetmələr arasında şəxsi fikir ayrılığı zəminində mübahisə yaranıb.
Mübahisə zamanı şagirdlərdən biri bıçaq çıxararaq sinif yoldaşını yaralayıb.
Xəsarət alan şagird orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun həyatına təhlükə olmadığı bildirilir.
Hadisədən sonra Başqırdıstan Təhsil Nazirliyinin böhran əleyhinə briqadası gimnaziyaya cəlb olunub.
Mütəxəssislər ciddi insidentlərdən sonra şagird və müəllimlərlə işləyirlər.
Xuraman Etibarlı
İnterpress.az






