ChatGPT gələcəkdə məktəblərdə müəllimlərin rolunun dəyişəcəyini proqnozlaşdırıb.
İnterpress.az xəbər verir ki, bu barədə ChatGPT-nin Rusiya məktəbinin 20 il sonrakı mümkün vəziyyəti ilə bağlı hazırladığı ssenaridə qeyd olunub.
Ssenariyə görə, 45 dəqiqəlik ənənəvi dərslərin sayı azalacaq və onların yerini riyaziyyat, fizika, tarix, iqtisadiyyat və proqramlaşdırmanı birləşdirən geniş layihələr tutacaq.
Fərdi süni intellekt sistemi hər şagird üçün uyğun izah üsulu seçəcək, müəllimlər isə əsasən tədris prosesinə istiqamət verəcəklər.
Şagirdlərin qiymətləndirilməsində də dəyişiklik gözlənilir.
Bir rəqəmlə qiymətləndirmə əvəzinə informasiya təhlili, proqramlaşdırma və komanda işi kimi bacarıqları əks etdirən portfolioların tətbiqi nəzərdə tutulur.
Məktəb proqramına media savadlılığı, rəqəmsal təhlükəsizlik, şəxsi maliyyə, psixologiya, süni intellektlə ünsiyyət, texnologiyaların etikası və virtual dünyaların yaradılması kimi mövzuların əlavə ediləcəyi qeyd olunur.
Bununla belə, ssenariyə əsasən məktəb və uşaqlar arasında sosial münasibətlər dəyişməyəcək. Şagirdlər yenə dostlaşacaq, mübahisə edəcək və tənəffüslərdə münasibətlərini aydınlaşdıracaqlar.
Xuraman Etibarlı
İnterpress.az






