Düzcədə fındıq yığan işçiləri daşıyan kənd təsərrüfatı maşını yük maşını ilə toqquşub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Türkiyənin Düzcə şəhərində fındıq yığımı ilə məşğul olan işçiləri daşıyan kənd təsərrüfatı maşını yük maşını ilə toqquşub.
Qəza nəticəsində 4 nəfər həyatını itirib, 8 nəfər isə xəsarət alıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az






