Ermənistanda mənimsəmə və rüşvət işi üzrə şəxslər SAXLANILDIbackend

Ermənistanda mənimsəmə və rüşvət işi üzrə şəxslər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda icra xidmətinin keçmiş vəzifəli şəxsləri və vəkil saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər arasında İcbari İcra Təminatı Xidmətinin keçmiş vəzifəli şəxsləri və Ermənistan Vəkillər Palatasının üzvü də var.

Faktlarla bağlı bir qrup şəxs barəsində icra icraatları çərçivəsində həbs qoyulmuş və geri qaytarılmalı vəsaitlərin mənimsənilməsi, xüsusilə külli miqdarda rüşvət alma və vermə, həmçinin cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulması ilə bağlı ictimai cinayət təqibinə başlanılıb.

Komitənin məlumatına görə, iş üzrə adıçəkilən bütün şəxslər saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az