Almaniyada Rusiyaya casusluqda şübhəli bilinən qadına qarşı ittiham irəli sürülüb.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Prokurorluğu məlumat yayıb.
Almaniya və Ukrayna əsilli PR mütəxəssisi İlona V.-yə Rusiyanın kəşfiyyatının maraqları naminə agent fəaliyyəti göstərmək ittihamı irəli sürülüb. İş üzrə məhkəmənin Berlində keçiriləcəyi bildirilir.
İstintaqın məlumatına görə, qadın Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) üçün məlumat toplayıb, həmçinin Almaniyanın siyasi və təhlükəsizlik dairələri ilə əlaqələr qurmağa çalışıb. İlona V. yanvar ayında Berlində saxlanılıb.
Cinayət işi Almaniyada geniş rezonans doğurub. Qadın ittihamlar təsdiqlənəcəyi təqdirdə 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Xuraman Etibarlı
İnterpress.az






