Serpuxovda xəstənin burnundan illər əvvəl düşmüş diş plombu çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Serpuxovda həkimlər bir qadının burun boşluğundan diş plombu çıxarıblar. Məlumata görə, plomb diş müalicəsi zamanı burunətrafı üst çənə sinusuna düşüb.
Xarici cisim uzun illər qadını narahat etməyib və təsadüfən kompüter tomoqrafiyası zamanı aşkarlanıb.
Xuraman Etibarlı
İnterpress.az






