Hindistan Asiya Oyunları öncəsi 12 idmançısını dopinqə görə İTİRDİ – VİDEObackend

Hindistan Asiya Oyunları öncəsi 12 idmançısını dopinqə görə İTİRDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan Asiya Oyunları öncəsi 17 idmançıdan 12-ni itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hindistanın Asiya Oyunlarında iştirak edəcək heyətində 17 idmançıdan 12-si dopinq testindən keçə bilməyib.

Onlardan bəzilərinin analizlərində kannabinoidlər, digərlərində isə qanunsuz farmakoloji preparatlar aşkarlanıb.

Dopinq pozuntuları səbəbindən güləş, ağır atletika, cüdo, atletika, atıcılıq, avarçəkmə və uşu üzrə idmançılar yarışlardan kənarda qalıb.

Güləş üzrə Hindistan üç idmançısını itirib və nəticədə üç çəki dərəcəsində ölkəni təmsil edən olmayacaq.

Məlumata görə, Hindistanda 2024-cü ildə 260 müsbət dopinq nümunəsi qeydə alınıb.

Xuraman Etibarlı

İnterpress.az