Antalyada beyin qanaması keçirən rusiyalı qadının xəstəxana borcu 55 min dollara ÇATDIbackend

Antalyada beyin qanaması keçirən rusiyalı qadının xəstəxana borcu 55 min dollara ÇATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyada 76 yaşlı rusiyalı qadına 55 min dollarlıq xəstəxana hesabı çıxarılıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS Rusiyanın Antalyadakı Baş Konsulluğuna istinadən məlumat yayıb.

Türkiyədə xəstəxanaya yerləşdirilən 76 yaşlı rusiyalı qadının vəziyyəti ilə bağlı Rusiyanın Antalyadakı Baş Konsulluğu məsələnin həllinə kömək göstərir.

Qadına 55 min dollar (təxminən 93 min 500 manat) məbləğində tibbi xidmət hesabı təqdim edilib.

Məlumata görə, qadın Türkiyəyə səfər etdikdən sonra beyin qanaması keçirib və reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun həyatını xilas etmək üçün tibbi müdaxilələr həyata keçiriblər.

Bundan sonra sığorta şirkəti ilə xəstəxana və qadının yaxınları arasında mübahisə yaranıb.

Hazırda Rusiya Baş Konsulluğu vəziyyətin həlli üçün tərəflərlə bağlı məsələdə yardım göstərir.

Xuraman Etibarlı

İnterpress.az