Çerepovetsdə məktəbli pəncərədən baxmaq istəyərkən məktəbi su basmasına səbəb olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Çerepovets şəhərində məktəblilərdən biri pəncərədən baxmaq üçün istilik borusunun üzərinə çıxıb.
Boru onun ağırlığına tab gətirməyərək sınıb və nəticədə məktəbin içərisini güclü su basıb.
Hadisədən sonra məktəbdə dərslər ləğv edilib. Santexniklər həftəsonu ərzində nasazlığı aradan qaldıraraq sistemi bərpa ediblər.
Nəticədə bazar ertəsindən dərslər yenidən davam etdirilib.
Xuraman Etibarlı
İnterpress.az






