Kanadada ayı ilə yaşlı kişinin görüntüləri GÜNDƏM OLDU – VİDEObackend

Kanadada ayı ilə yaşlı kişinin görüntüləri GÜNDƏM OLDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada ayı yaşlı kişinin arxasında gizlənib, o isə heç nə olmamış kimi yoluna davam edib.

İnterpress.az xəbər verir ki, bu barədə Kanada mediası məlumat yayıb.

Britaniya Kolumbiyasında gəzintiyə çıxan yaşlı kişi gözlənilmədən ayının yaxınlığına düşüb.

Ayı onun arxasında gizləndiyi halda, ətrafdakı insanlar təhlükəni görərək kişiyə qışqırmağa və onu xəbərdar etməyə başlayıblar.

Lakin yaşlı kişi insanların niyə ona səsləndiyini əvvəlcə anlamayıb. Ayını gördükdən sonra isə panikaya düşməyərək sakit şəkildə yoluna davam edib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Xuraman Etibarlı

İnterpress.az