Meksikada dondurma yeyən qız yelləncəkdəki insanların zərbəsindən belindən xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatda bildirilir.
Meksikada dondurma yeməyə başı qarışan gənc qız yelləncəkdə yellənən insanları görməyib. Nəticədə yellənən şəxslər qıza çırpılıb.
Hadisə zamanı qızın bel nahiyəsindən xəsarət aldığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






