Ermənistanda insan alveri və kiberdələduzluqda şübhəli bilinən əcnəbi həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.
Polisin məlumatına görə, şübhəli şəxs iki əcnəbini yüksək maaş vədi ilə işə cəlb edərək Ermənistana gətirib.
Daha sonra onların pasportlarını alıb və İrəvandakı otellərdən birində kompüter vasitəsilə dələduzluq əməlləri törətməyə məcbur edib.
Məlumata əsasən, həmin oteldə şübhəlinin rəhbərliyi altında daha 39 əcnəbi də kompüter dələduzluğu ilə məşğul olub.
Xuraman Etibarlı
İnterpress.az






