Qadın ölən himayədarlarını həyətində basdırıb, pensiyalarını MƏNİMSƏDİbackend

Qadın ölən himayədarlarını həyətində basdırıb, pensiyalarını MƏNİMSƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada qadın həyətdə basdırdığı şəxslərin pensiyalarını mənimsədiyinə görə məhkum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Volqoqrad yaxınlığında yaşayan 46 yaşlı Anna 2011-ci ildən psixiatriya xəstəxanasından çıxarılan dörd yaşlı şəxsi şifahi razılaşma əsasında himayəsinə götürüb.

2019-cu ildə onlardan üçü vəfat edib, digər şəxs isə qadının evindən çıxaraq itkin düşüb. Məhkəmənin məlumatına görə, qadın bu faktları gizlədib və 2025-ci ilin avqustunadək həmin şəxslərin pensiyalarını qanunsuz olaraq almağa davam edib.

Qadın ölən şəxslərin cəsədlərini öz həyətində basdırıb. O, pensiyaları mənimsədiyinə görə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xuraman Etibarlı

İnterpress.az