Rusiyalı aktyor Andrey Terentyev 44 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Triiks Media” kinokompaniyasının Telegram kanalında məlumat verilib.
“Gələcəkdən gələnlər” (“Мы из будущего”) və “Günəş yanığı” (“Солнцепек”) filmlərindəki rolları ilə tanınan rusiyalı aktyor Andrey Terentyev 44 yaşında dünyasını dəyişib.
Ailəsinin verdiyi məlumata görə, ölümə səbəb mədə xorasının kəskinləşməsi olub.
Xuraman Etibarlı
İnterpress.az






