Ermənistanın özü artıq KTMT-dən faktiki olaraq çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Masadıkov TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistan təşkilatın həftəlik məruzələrini dinləsə də, əsas tədbirlərdə və hərbi təlimlərdə iştirak etmir.
Masadıkov qeyd edib ki, bu vəziyyət Ermənistanın faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşdığını göstərir.
Xuraman Etibarlı
İnterpress.az






