“Novaya qazeta” 33 ildən sonra fəaliyyətini dayandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə nəşrin redaksiyası məlumat yayıb.
Rusiyanın “Novaya qazeta” nəşri noyabrın 9-da serverlərini söndürərək fəaliyyətini tamamilə dayandıracağını açıqlayıb. 1993-cü ildə təsis edilən qəzet 30 ildən artıq fəaliyyət göstərib.
Redaksiyanın bəyanatında bildirilib ki, kollektiv 30 il yaşadıqları “evin işıqlarını söndürəcək”, serverləri bağlayacaq və fəaliyyətini başa çatdıracaq.
Qeyd edək ki, nəşr 2026-cı ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb.
Xuraman Etibarlı
İnterpress.az






