Türkiyədə Atatürkün portretini bıçaqla təhqir edən müəllim həbs olunub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Türkiyənin Balıkəsir şəhərində 48 yaşlı rəsm müəllimi Fərdi Çubuq Mustafa Kamal Atatürkün portretinə qarşı hərəkətlərinə görə saxlanılıb.
Sosial şəbəkələrdə yayılan videoda müəllimin Atatürkün portretini Türkiyə bayrağının üzərinə qoyduğu, ona bıçaqla toxunduğu və Türkiyə Cümhuriyyətinin qurucusu barədə təhqiramiz ifadələr işlətdiyi görünür.
Çubuq videoda Atatürkün “bütün türklərin atası” adlandırılmasını yanlış hesab etdiyini bildirib, özünü isə performans sənətinin nümayəndəsi kimi təqdim edib.
Hadisədən sonra müəllim işdən çıxarılıb. O, dövlət rəmzlərini təhqir etmək və Atatürkün xatirəsinin qorunması haqqında qanunu pozmaqda ittiham olunaraq saxlanılıb.
Polis və prokurorluqda dindirildikdən sonra məhkəməyə çıxarılan müəllim barəsində həbs qətimkan tədbiri seçilib.
Xuraman Etibarlı
İnterpress.az






