Tərkib:
120 qr şokolad
1 st. bitki yağı
1/2 st. şəkər tozu
1 st. qəhvəyi şəkər
3 ədəd yumurta
2 x.q. rəndələnmiş hind qozu
1 st. kakao
100 ml qaymaq
3/4 st. un
1 paket qabartma tozu
1 paket vanil
200 qr moruq
Üzəri üçün:
200 qr şokolad
1 st. süd
Hazırlanması:
Qaymaq zəif odda qaynadılır, üzərinə bitki yağı, şokolad, şəkər, qəhvəyi şəkər əlavə edilib qarışdırılır.
Odun üstündən götürülür, üzərinə bir-bir yumurta sındırılır, hind qozu, kakao əlavə edilib mikserlə çırpılır.
Qarışığa ələnmiş un, qabartma tozu, vanil əlavə olunub qarışdırılır.
Xəmir yağlanmış formaya yayılır, üzərinə moruq səpilib, 175 dərəcəyəədk qızdırılmış sobada 45 dəq. bişirilir.
Süd və şokolad odun üstündə bərkiyənəcən qaynadılır, soyudulub keksin hər tərəfinə gəzdiirlir.
İnterpress.az